Demet Akalın, Sıla, Nez Azərbaycanda bu verilişə gələcək

demet-akalin-sila-nez-azerbaycanda-bu-verilise-gelecek
Oxunma sayı: 644

“Qafqazinfo”ya açıqlama verən aktyor bildirb ki, yeni layihə üzərində işləyir: “Yeni layihə hazırlamışam. Onu da deyim ki, Türkiyənin böyük şirkətlərindən biri olan “ Mərdan Prodduction” ilə ortaq olmuşam və Azərbaycanda “Ünlülər yarışıyor” adlı veriliş hazırlayırıq. Ortağım Rəcəb Mərdanla böyük hədəflərimiz var. 2013-cü ilə adımız Azərbaycanda və Türkiyədə qızıl hərflərlə yazılacaq. Bu il bizim adımız brend olacaq. “Ünlülər yarışıyor” layihəmizdə Türkiyənin məşhur ifaçılarından Demet Akalın, Murat Dalkılıc, Doğuş, Sıla, Nez və başkalarıda iştirak edəcək. Azərbaycandan olan sənətçilərin seçimi hələ davam edir. Geniş məlumat vermək istəmirəm, qoy sürpriz olsun”.

Onuda deyək ki, Azərbaycanda çox tanınan bir xanım aparıcı tərəfindən təqdim olunacaq proqramın yayımı yeni ilin ikinci həftəsindən sonra efirə gedəcək. Verilişin hansı telekanalda yayımlanacağı hələ ki, açıqlanmır.

Aynur Babayeva