Deputat Ağsuçayın hazırkı durumundan danışdı

deputat-agsucayin-hazirki-durumundan-danisdi
Oxunma sayı: 1186

Ağsu- İsmayıllı seçki dairəsindən deputat seçilmiş Tahir  Kərimli Ağsuçayın  hazırkı vəziyyətindən danışıb. 

Bu barədə “Qafqazinfo”ya danışan  deputat bildirib ki, Bakı-Göyçay yolunun Ağsu rayonundan keçən hissəsində bənd yuyulub: “Buna da səbəb çayın məcrasından çıxmasıdır. Bu proses 10 ildir ki davam edir. Bəndin bərpa edilməsi ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə müraciət olunub. Qurum yaxın günlərdə bəndin bərpası işlərinə başlayacaq. Hazırda şəhərə heç bir təhlükə yoxdur”.

Günel Türksoy