Deputat xanımlarımız Red Party-ə qatılacaqlar

deputat-xanimlarimiz-red-party-e-qatilacaqlar
Oxunma sayı: 648

Lady Radionun təsisçisi İlhamə Novruzovanın “Qafqazinfo”ya verdiyi məlumata görə, cəmiyyətdə aktiv, ictimaiyyətçi, sənətçi xanımların dəvət edildiyi Red Party təşkil olunacaq. Maraqlı çıxışlar, viktorinalar, musiqi ilə yadda qalacaq tədbiri daha da yaddaqalan etmək üçün xüsusi dress kod seçilib - “Xanıma al da yaraşır, şal da!”.

Tədbirə dəvət alan xanımlardan üzərlərində mütləq pozitivlik, şuxluq, həyata inam və sevinci əks etdirəcək qırmızı rəngli elementlə təşrif buyurmaları xahiş olunub.

Tədbirdə millət vəkilləri Gövhər Baxşəliyeva, Jalə Əliyeva, Gülər Əhmədova, Qənirə Paşayeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova aktiv fəaliyyətlərinə və cəmiyyətdə yaratdıqları pozitiv qadın obrazına görə xüsusi diplomla təltif ediləcəklər. Gənclər təşkilatları, həmçinin QHT, media və ictimaiyyət nümayəndələrinin dəvət aldığı tədbirdə Ədalət Şükürov, Nadir Qafarzadə, Elnur Məmmədov, Rəhim Rəhimli, Abbas Bağırov və s. müğənnilər xanımlara mahnı ərməğanı edəcəklər.


Red Party bu gün, saat 19:00 - da Neon Palace keçiriləcək.

Nigar