Deputatlarımız AŞPA-ya getdilər

deputatlarimiz-aspa-ya-getdiler
Oxunma sayı: 663

Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.
Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropa Şurasının 2012-2013-cü illər büdcəsi, Avropada sığınacaq axtaran şəxslərin və qaçqınların vəziyyəti, insan hüquqlarının durumu, AŞPA-da islahatlar, gənclər arasında işsizliyin kəskin artımının qarşısının alınması, Tunisdə vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Sessiyada Ukrayna, Fələstin və Ermənistan prezidentlərinin çıxışları dinləniləcək, onlara suallar veriləcəkdir.
İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.