DİN-in şöbə rəisi iş başında vəfat etdi

din-in-sobe-reisi-is-basinda-vefat-etdi
Oxunma sayı: 13585

Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik işləri və mülki müdafiə şöbəsinin rəisi Mehdiyev Yusif Fazil oğlu iş otağında vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən 17:30 radələrində baş verib.

Ürək çatışmazlığından əziyyət çəkən 48 yaşlı polkovnik Y.Mehdiyevin halı anidən pisləşib. Həkim gələnə kimi isə vəfat edib.