Dini Komitə Lənkəranda seminar keçirəcək

dini-komite-lenkeranda-seminar-kecirecek
Oxunma sayı: 642

Dini Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, seminar-treninqin əsas məqsədi dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılmasıdır. Həmçinin dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması seminarın priorotet istiqamətlərindəndir.

Qeyd edək ki, seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, Cənub rayonları icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimayətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Tədbirdə cənub bölgəsinin 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq dini icmasının nümayədəlrinin iştirakı və seminar çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl Dövlət Komitəsi Şimal-qərb bölgəsində, Oğuz rayonunda analoji tədbir keçirib.