“Diriliş Ertuğrul”un aktyoru dondurma satır - Foto

dirilis-ertugrulun-aktyoru-dondurma-satir
Oxunma sayı: 651

“Diriliş Ertuğrul” serialında Tüccar Hasan obrazıyla tanınan aktyor Fırat Topkorur dondurma satır. "Qafqazinfo" xəbər verir ki, aktyor jurnalistlərə açıqlamasında dondurma satmaqdan daha çox pul qazandığını bildirib:

"Həmişə seriala çəkilmirik. Bu səbəbdən boş vaxtlarımda dondurma satıram. Yaxşı pul qazanıram. Seriallardan qazana bilmədiyim pulu, dondurmadan əldə edirəm. Bu işi sevərək edirəm. Həm işçiyəm, həm də müdirəm".

Qeyd edək ki, “Diriliş Ertuğrul”  Türkiyənin ən reytinqli seriallarından biridir.