Diskotekada yanğın - 17 yaralı

diskotekada-yangin
Oxunma sayı: 1398

İtaliyanın şimalındakı Dezençano-del-Qarda şəhərində diskotekalardan birində yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 17 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bu barədə Lombardiya vilayətinin Təcili Tibbi Yardım mərkəzi məlumat yayıb. Xəsarət alanların həyatları üçün təhlükənin olmadığı bildirilir.

Bundan əlavə daha 52 nəfərin müxtəlif xəstəxanalara müraciət etdiyi də vurğulanıb.

İlkin məlumata əsasən, yanğın yerli vaxtla gecə 02.00 radələrində baş verib. Hadisə yerinə 6 təcili yardım maşını və bir helikopter göndərilib.

Faktla bağlı araşdırma aparılır.