“Doğumun təntənəli qeydə alınması” adlı tədbir keçirilib - Fotolar

dogumun-tenteneli-qeyde-alinmasi-adli-tedbir-kecirilib
Oxunma sayı: 2430

Binəqədi Rayonu İcra Hakimiyyəti, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Binəqədi Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Doğumun təntənəli qeydə alınması” ilə bağlı tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə icra başçısının müavini Aygün Əliyeva, İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Baş məsləhətçisi Firuzə Nəbiyeva, Binəqədi Rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova, Binəqədi rayonu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimin müavini İsrail Qasımov, Yeni dünyaya gəlmiş körpələr və onların valideynləri iştirak edib.

Tahirə Əsgərova uşaqların cəmiyyətin sabahı olduğunu və onların yüksək standartlara cavab verən təlim-tərbiyə xidmətləri ilə təmin olunmasının ölkəmizdə əsas istiqamət olduğunu bildirib.

Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimin müavini İsrail Qasımov ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində olduqca böyük işlər görüldüyünü qeyd edib. 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva mərhum lider Heydər Əliyevin həyata keçirdiyi uşaq hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüsün bu gün də layiqli şəkildə davam etdirildiyini qeyd edib. Natiq bildirib ki, ölkə başçısı İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlara göstərilən diqqət və qayğı özünü ən aydın şəkildə göstərir.

Daha sonra yeni dünyaya gəlmiş körpə anaları otaqlarında ziyarət edilib, onlara körpələrinin doğum haqqında şəhadətnamələri və hədiyyələr təqdim edilib.