Dövlət standartı təsdiqləndi

dovlet-standarti-tesdiqlendi
Oxunma sayı: 784


“Qafqazinfo” xəbər verir ki, bu standart respublikada fəaliyyətdə olan yeraltı qazsaxlama anbarlarının istismar materiallarının uzun dövr ərzində araşdırılması və təhlilinin ümumiləşdirilmiş nəticələri əsasında işlənib hazırlanıb. Standartda məsaməli laylarda qaz anbarlarının yaradılması və istismarı prosesində laylararası və laydaxili qaytarılmayan müxtəlif növlü qaz itkilərinin təyin edilməsi üçün tövsiyə və metodik qaydaların izahatı verilib.

Məlumatda, həmçinin bildirilir ki, normativ sənəddə qazın qaytarılmayan lay itkilərinin təyin edilməsi, bufer qaz həcminin hesablanması metodları, fəaliyyətdə olan qaz anbarlarında balans əməliyyatlarının reqlamenti və digər məlumatlar öz əksini tapıb.