“Duetlərimiz Aygünü depressiyadan çıxartdı” - Namiq

duetlerimiz-aygunu-depressiyadan-cixartdi
Oxunma sayı: 2004

Xalq artisti Aygün Kazımova mərhum reper Hüseyn Dərya ilə duet oxumaq istəyib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə meyxana ifaçısı Namiq Qaraçuxurlu deyib. 

O, “10-dan sonra” proqramında Aygünün depressiyada olduğunu, duetlərinin onu bu durumdan çıxardığını deyib:

“Mən Aygün Kazımova ilə duet oxumağa başlayanda stadionları doldururdum. O, depressiyada idi. Birgə duetlər ifa etdik, Aygün xanım da depressiyadan çıxdı. Deyə bilmərəm o məni qaldırdı, ya mən onu ... Aygün Kazımova Hüseyn Dərya ilə duet oxuyacaqdı. Bir neçə dəfə görüş təyin ediblər, amma rəhmətlik gəlməyib. Janr baxımdan yaxın idilər. O vaxtın iki parlaq nümayəndəsi var idi- mən və Hüseyn Dərya! Daha sonra bizim duetimiz alındı”.