Dünya gözəlləri Bakıda futbol oynadılar- - Fotolar

dunya-gozelleri-bakida-futbol-oynadilar-
Oxunma sayı: 2139


“Qafqazinfo”nun məlumatına görə, məşqlər idman ustası Sahil İsgəndərovun rəhbərliyi altında keçirilib. İştirakçıların sözlərinə görə, onlar əsl enerji ehtiyatı və xeyli müsbət emosiya əldə ediblər. 

“Miss Globe International” müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Yarışma RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir.