Dünya ulduzu Bakıda - Fotolar

dunya-ulduzu-bakida
Oxunma sayı: 2618

Bakı İdman Sarayında futbol üzrə ikiqat dünya çempionu Kafunun Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənəd imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə veteran futbolçu ilə yanaşı, Xüsusi Olimpiya Hərəkatının Avropa regional rəhbəri Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.

Əvvəlcə, Evangelista çıxış edib: “Bu gün Kafu və Emmauellanı burada görmək xoşdur. Onun kimi tanınmış futbolçu bizim səfirimiz olacaq. Bundan sonra da əhatə dairəmizi genişləndirməyə çalışacağıq.

Kafu deyib ki, Bakıya ilk səfərində bu cür tədbirdə iştirak etmək onun üçün çox xoşdur: “Xüsusi Olimpiya Hərəkatı ailəsinin üzvü olmaq qürurvericidir. Uşaqların üzünü güldürmək puldan və hər bir qalibiyyətət önəmlidir”.

Daha sonra Kafu və Evangelista əməkdaşlıq müqaviləsi imzalayıblar: “Mən bura gələndə Azərbaycan futbolu ilə maraqlanmağa başladım. FİFA yeni federasiyalar yaradır. Buna görə yenidən Azərbaycana gələ bilərəm”.

Kafu UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın “Arsenal”a rəqib olmasından danışıb: “Futbolda hər şey meydanda baş verir. Kimsə əvvəlcədən nəticə deyə bilməz”.

Sabiq ulduz “Azərbaycanda oynamış braziliyalılardan kimi tanıyırsız?” sualına da cavab verib: “Dünyanın hər yerində braziliyalı futbolçular var. “Qarabağ”ın ötən il Çempionlar Liqasındakı oyunlarını izləməmişəm. Fəxr edirəm ki, bizim futbolçularımız dünyanın hər yerində var”.

Dünya çempionu braziliyalı futbolçuların son illərdə ən yaxşı oyunçular siyahısına düşə bilməməsinə də münasibət bildirib: “Bildiyiniz kimi dünya çempionatlarında hamı bizim komandamızdan çempionluq gözləyir. Ümid edirəm ki, Neymar bu ənənəyə son qoya biləcək. Ondan çox şey gözləyirik”.

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal