Dünyanın ən nüfuzlu şəxslərinin siyahısı açıqlandı - Putin gerilədi

dunyanin-en-nufuzlu-sexslerinin-siyahisi-aciqlandi
Oxunma sayı: 2861

“Forbes” “Dünyanın ən nüfuzlu insanları”nın siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda bu il Rusiya prezidenti Vladimir Putini geridə qoyaraq Çin lideri Si Tsinpin birinci olub. Putin ikinci, ABŞ prezidenti Donald Tramp üçüncü, Almaniya kansleri Angela Merkel dördüncü, “Amazon”un CEO-su Ceff Bezos isə beşinci yerdə qərarlaşıb.

Digər yerlər isə belə bölünüb: 

6. Papa Fransis

7. “Microsoft” qurucusu Bill Qeyts

8. Səudiyyə Ərəbistanı taxtının varisi şahzadə Məhəmməd bin Salman

9. Hindistanın baş naziri Narendra Modi

10. “Google”un qurucularından Larri Peyc 

Nuranə