“Dünyanın ən xoşbəxt kirpisi” İnstaqram ulduzu oldu - Fotolar

dunyanin-en-xosbext-kirpisi-instaqram-ulduzu-oldu
Oxunma sayı: 2638

“Herbi” ləqəbli kirpi gülərüz simasına görə İnstaqram ulduzuna çevrilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mail” yazıb.

Kirpinin fotolarını onun sahibəsi – Almaniyanın Visbaden şəhərindən olan Talita Qirnus paylaşır. Bundan əvvəl @mr.pokee İnstaqram hesabı daha yaşlı “Mister Poki” ləqəbli kirpiyə məxsus olub.

“Hər şey 2015-ci ilin iyununda başladı, - qadın danışır. – Mən Pokinin ən gözəl anlarını yadda saxlamaq üçün onun şəkillərini çəkməyə başladım. Çox istəyirdim ki, bu emosiyaları başqaları ilə bölüşüm. Qərara gəldim ki, əgər bir insan belə ona baxıb gülümsəsə, mən öz məqsədimə çatacağam”.

Lakin 2019-cu ilin əvvəlində Poki dünyasını dəyişib. Elə onda ailədə yeni “Herbi” ləqəbli kirpi yaşamağa başlayıb. Müxtəlif ölkələrə səyahət edən qadın gülərüz kirpinin fotolarını paylaşmağa davam edib.

Sentyabrın 14-də məşhur kirpinin səhifəsində onun İtaliya dağları mənzərəsində ovucda uzandığı fotosu 85 mindən çox bəyənmə və 500 şərh toplayıb. “O, məni həmişə elə xoşbəxt edir ki!”, - istifadəçilərdən biri yazıb. “Onun çox gözəl gülüşü var”, - digəri qeyd edib.