Düz bağırsağında heroin keçirmək istədi

duz-bagirsaginda-heroin-kecirmek-istedi
Oxunma sayı: 648

Narkotik vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

“Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.