“Əbdülxaliq” ləqəbli İŞİD-çi məhkəmə önündə

ebdulxaliq-leqebli-isid-ci-mehkeme-onunde
Oxunma sayı: 1819

Terrorçuluğa cəhddə və silahlı cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Fərid Sadıqov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, "Əbdülxaliq" dini ləqəbli F.Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar. Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı öldürülüb, F.Sadıqov isə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun şikayəti üzrə məhkəmə prosesinin ilkin baxış iclası yanvarın 16-na təyin edilib. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov sədrlik edir.

Murad Əhməd