“Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - Polisə müraciət olunacaq

ebedi-meselin-divarina-dirmasan-genc-kimdir
Oxunma sayı: 6190

Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev deyib.

C.Tağıyevin sözlərinə görə, həmin gənci ərazidəki kameralar vasitəsilə tapmaq mümkündür.

“Bu cür hərəkətlər şəhidlərə qarşı, xalqımıza qarşı hörmətsizlikdir. Əraziyə polis tərəfindən ciddi nəzarət olunur və hər tərəfdə kameralar yerləşdirilib. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət olunacaq və həmin gənclə bağlı tədbir görüləcək”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında “Əbədi məşəl” abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına dırmaşması görüntüləri yayılıb.