Əfqan Muxtarlı ilə bağlı məhkəmə başlayır

efqan-muxtarli-ile-bagli-mehkeme-baslayir
Oxunma sayı: 1662

Həbsdə olan jurnalist Əfqan Muxtarlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
 
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir.

Balakən rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdna məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verərək apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılması və bəraət verilməsini tələb edib.

Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə fevralı 20-də ilkin baxış iclası keçiriləcək.

Murad Əhməd