Əfqan Muxtarlının həbs müddəti uzadılıb

efqan-muxtarlinin-hebs-muddeti-uzadilib
Oxunma sayı: 894

Bu gün Nəsimi rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbs müddətinin 29 dekabr 2017-ci ilədək uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmə vəsatəti qismən təmin edib. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. 

O bildirib ki, Ə.Muxtarlının həbs müddəti 20 dekabra kimi uzadılıb. Buna səbəb isə Ə.Muxtarlı barəsindəki cinayət işinin “Meydan TV” ilə bağlı cinayət işinə birləşdirilməsidir. Belə ki, TV ilə bağlı açılan cinayət işinin müddəti 20 dekabr 2017-ci ildə bitir.

Vəkil bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcəklər.

Murad Əhməd