Əfqanıstan “Taliban”la danışıqlara başlayacaq

efqanistan-talibanla-danisiqlara-baslayacaq-
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, xəbəri yüksək vəzifəli yerli məmurlardan birinə istinadən CNN yayıb. Danışıqlar Səudiyyə Ərəbistanında baş tutacaq. Görüşün konkret nə zaman baş tutacağı, danışıqlarda kimlərin iştirak edəcəyi barədə məlumat verilmir.

Əfqanıstan təmsilçisi bəyan edib ki, danışıqlarda ABŞ nümayəndələrinin iştirak edəcəyi barədə yekun nəticə yoxdur. Vaşinqtonda isə qeyd ediblər ki, ABŞ sülh danışıqları ideyasını dəstəkləyir, lakin detallar barədə şərh verməyiblər.

Ötən ilin dekabrında Əfqanısta prezidenti Həmid Kərzai də “Taliban”la danışıqlara tərəfdar olduğunu bildirmişdi.