Əfsanəvi Bollivud aktyoru vəfat etdi

efsanevi-bollivud-aktyoru-vefat-etdi
Oxunma sayı: 3204

Hindistanın məşhur aktyoru və rejissoru Şaşi Kapur dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor 79 yaşında Mumbayda müalicə aldığı xəstəxanada həyatla vidalaşıb.

Sabah aktyorla vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Şaşi Kapur digər məşhur aktyor Rac Kapurun qardaşıdır.