Əhməd Davudoğlu Suriya müxalifəti ilə görüşüb

ehmed-davudoglu-suriya-muxalifeti-ile-gorusub
Oxunma sayı: 694

Suriya müxalifətinə mənsub qruplardan təşkil olunan qurumun üzvləri ilə görüş Əhməd Davudoğlunun iqamətgahında baş tutub. Davudoğlu ilə müzakirələrdə Suriya müxalifətindən 1-i qadın olmaqla, 6 nəfər iştirak edib. Danışıqlar mətbuata qapalı şəkildə keçirilib.

Ötən gün Suriyadakı Türkiyə səfirliyinə Bəşər Əsəd tərəfdarları tərəfindən edilən hücumdan sonra səfirlik işçilərinin ailələri Türkiyəyə qayıdıb. Türkiyə Xarici İşlər Nazirliyinin təxliyə qərarından sonra səfirlik işçilərinin yaxınlarından ibarət 60 nəfərlik bir qrup Ankaranın Esenboğa hava limanına gəlib. Səfirlik işçilərinin yaxınlarından biri Suriyada türklərə qarşı pis münasibət olmadığını, sadəcə Ərəb Liqasının Suriyanı təşkilatdan çıxarmaq qərarından sonra Səudiyyə Ərəbistanı səfirliyinin daşlanmasının Türkiyə səfirliyinin işçilərini də narahat etdiyini bildirib.

Türkiyənin İstanbul şəhərində yaşayan suriyalılar isə mərkəzi Taksim meydanında aksiya keçiriblər. Suriya prezidenti Bəşər Əsəd əleyhinə nümayişdə Bəşər Əsədin Haaqa tribunalında mühakiməsi tələb olunub. Bəşər Əsəd əleyhinə şüarlar səsləndirilib. Aksiya insidentsiz ötüşüb.

anspress.ws