Əhmədinejad Ərdoğana şikayət edib

ehmedinejad-erdogana-sikayet-edib
Oxunma sayı: 641

Baş nazirlikdəki mənbələrdən alınan məlumatda bildirilir ki, söhbətin əsas ağırlğını Suriya və Somali mövzuları təşkil edib. Danışıqda PKK-nın ikinci şəxsi Murat Karayılan mövzusunun isə qətiyyən gündəmə gəlmədiyi bildirilir. Suriyada baş verən hadisələri müzakirə edən baş nazir və prezident söhbətində Əhmədinejad ABŞ-ın mövqeyini tənqid edib. İran prezidenti bölgədə baş verən hadisələrə ABŞ, İngiltərə və Qərb ölkələrinin qarışmamasını istəyib. İran prezidenti deyib ki, Qərbin niyyəti Suriyaya demokratiya və azadlıq gətirmək deyil, sabitliyi pozmaqdır.
Baş nazir Ərdoğan Suriya prezidentinin mövqeyini tənqid edərkən, Əhmədinejad, "Əsəd doğru hərəkət etmir", deyərək dəstək verdiyi bildirilir.
Ərdoğanla telefon söhbətində Əhmədinejad, "doğru yolu Əsədə biz göstərək", deyib.