Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş - Foto

ekologiya-ve-tebii-servetler-nazirliyinde-gorus
Oxunma sayı: 1352

Noyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari və İtalya şirkətlərinin nümayəndələri ilə ETSN-nin məsul şəxsləri, “Təmiz Şəhər” ASC-nin və SOCAR-ın nümayəndələri arasında görüş  keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı tullantıların idarə olunması, su hövzələrinin, torpaqların müxtəlif növ çirklənmədən təmizlənməsi və digər ekoloji dost texnologiyalar sahəsində ixtisaslaşmış şirkətlərlə mümkün birgə fəaliyyətlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.