Eks prezidentin məzarı açılacaq

eks-prezidentin-mezari-acilacaq
Oxunma sayı: 636

Prokurorluq Prezident Abdulla Gülün sərəncamı ilə ekshumasiya üçün sənədlər hazırlayır. Məlumat verilir ki, Özalın öz ailəsi hələlik ekshumasiyaya razılıq verməyib.

Son vaxtlar Türkiyə Prokurorluğu Özalın ölümü ilə bağlı işi yenidən araşdırmağa başlayıb. Turqut Özal 1993-cü ildə müəmmalı şəkildə vəfat edib. İndiyədək Özalın ölümünün rəsmi səbəbi ürək çatışmazlığı hesab edilir. Özalın xanımı isə onun öldürüldüyünü iddia edir. Lakin keçmiş prezidentin zəhərlənməsinə dair versiya Özalın öz silahdaşları tərəfindən təkzib edilir.