Elariz restoranda işə başladı

elariz-restoranda-ise-basladi
Oxunma sayı: 3543

Bir müddət əvvəl “Greencard” qazanaraq ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu Nyu-Yorkda işə başlayıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat yayıb. 

O, video açıqlama yayaraq azərbaycanlıların sahib olduğu məkanda ifaçı kimi çalışacağını qeyd edib: “16 gündür ki, Amerikadayam. Vətəndaşlarımız burada yaşayır və məni restorana dəvət etdilər. Restoranın rəhbərliyi ilə tanış oldum. Məni axtaranlar daha burada görəcək”.