Ələt-Astara yolunda “TIR” aşdı, 7 “BMW”yə ziyan dəydi - Fotolar

elet-astara-yolunda-tir-asdi-7-bmwye-ziyan-deydi
Oxunma sayı: 2762

Bu gün axşam saatlarında Ələt-Astara-İran avtomobil yolunun 14-cü kilometrində- Salyan rayonunun Xıdırlı kəndi ərazisində Gürcüstan vətəndaşının idarə etdiyi, Dubaydan avtomobil daşıyan “TIR” yoldan çıxaraq aşıb.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində sürücü xəsarət almasa da, qoşqu üzərinə bərkidilmiş 7 ədəd “BMW” markalı minik avtomaşınlarına ciddi ziyan dəyib.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.