Əli Əhmədov Almaniya Bundestaqının üzvü ilə görüşdü

eli-ehmedov-almaniya-bundestaqinin-uzvu-ile-gorusdu
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, görüşdə YAP-ın İcra katibi Əli Əhmədov iki ölkə arasında olan əməkdaşlıq münasibətlərindən söz açıb və Azərbaycanın xarici siyasətində Almaniya ilə əlaqələrin əhəmiyyətli yer tutduğunu bildirib.

YAP Sədrinin müavini Əli Əhmədov qonağa Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət və həmçinin, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai - siyasi həyatındakı mövqeyi barədə ətraflı məlumat verib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Almaniya Xristian Demokrat Birliyi arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı görüşlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.

Almaniya Buntestaqının üzvü Mixail Fuks, öz növbəsində ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyini bildirib, son vaxtlar Azərbaycanda aparılan quruculuq-abadlıq işlərinin təqdirəlayiq olduğunu vurğulayıb. Qonaq, həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynadığını qeyd edib.

Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.

Sədan