Əli Əhmədov gənclər və gender siyasətindən danışdı

eli-ehmedov-gencler-ve-gender-siyasetinden-danisdi
Oxunma sayı: 882

9-18 iyul tarixlərində Amerika Birləşmiş Ştatlarının  Nyu York şəhərində səfərdə olan Baş Nazirin müavini Əli Əhmədov BMT Baş Assambleyasında Əhali və inkişaf  üzrə Qahirə Konfransının 25 illiyi münasibətilə keçirilən yüksək səviyyəli iclasda çıxış edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, çıxış zamanı, Baş nazirin müavini Əli Əhmədov 1994-cü ildə təşkil edilən Qahirə konfransının əhəmiyyətini vurğulayaraq konfransın həyata keçirilən təşəbbüslərin mərkəzində insanların rifahının ön planda olduğunu sübut etdiyini qeyd edib. 

Bununla yanaşı, ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərə əlçatanlığın artırılması üçün kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Son 15 ildə 2 milyondan çox iş yerinin açıldığını, əmək haqları və pensiyaların müvafiq olaraq bir neçə dəfələrlə artırıldığını, əhalinin 1.6 milyon artaraq 10 milyona çatdığını vurğulayıb. Ötən dövr ərzində sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını və 100-lərlə məktəb, tibb ocaqları və digər sosial obyektlərin  inşa edildiyini diqqətə çatdırıb.

Eyni zamanda, ölkəmizin gənclər və gender siyasətinə xüsusi önəm verdiyini və gənclərin, qadınların  məşğulluğunun o cümlədən, onların ictimai siyasi həyatda rolunun artırılması istiqamətində məqsədyönlü siyasətlərin həyata keçirildiyini vurğulayıb.