Əliyar Ağayev “Mançester Siti” - “Barselona” matçında - 5 sarı, 1 qırmızı, 9 qol, + Video

eliyar-agayev-mancester-siti-barselona-matcinda
Oxunma sayı: 4758

UEFA Gənclər Liqasının yarımfinal mərhələsində “Mançester Siti” “Barselona” ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, oyun “Barselona”nın 5:4 üstünlüyü ilə bitib.

Matçı azərbaycanlı hakimlər briqadası idarə edib. Əliyar Ağayevin baş hakim olduğu görüşdə onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olub. Dördüncü hakim funksiyasını isə Sandro Scharer (İsveçrə) yerinə yetirib.

Ağayev bu oyunda “Barselona”nın 2, “Mançester Siti”nin isə 3 futbolçusuna sarı vərəqə göstərib. Matçın 36-cı dəqiqəsində isə o, Mançester təmsilçisinin bir futbolçusunu ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, turnirin finalı “Portu”ya qalib gələn “Çelsi” ilə “Barselona” arasında aprelin 23-də keçiriləcək.