Əliyar Ağayev Polşanın matçını idarə edəcək

eliyar-agayev-polsanin-matcini-idare-edecek
Oxunma sayı: 1514

FİFA referisi Əliyar Ağayev AÇ-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı referi Polşa - Latviya qarşılaşmasını idarə edəcək.

Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək.