Əliyevlə Ərdoğan təkbətək görüşdü

eliyevle-erdogan-tekbetek-gorusdu
Oxunma sayı: 2050

Oktyabrın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycanprezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı ölkələr arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.