Elman Rüstəmovdan ipoetka vəsaitinin az olduğunu açıqladı

elman-rustemovdan-ipoetka-vesaitinin-az-oldugunu-aciqladi
Oxunma sayı: 660

O, növbəti ilin büdcəsində sosial ipoteka üçün 20 milyon manatın nəzərdə tutulduğunu və bunun tələbatı ödəməyəcəyini qeyd edib.

“Ona görə yaxşı olardı ki, növbəti ilin büdcəsində bu məsələyə yenidən qayıdılaydı və sosial ipoteka üçün nəzərdə tutulan vəsaitin məbləği artırılaydı.
Bu gün Azərbaycanda gənclərdən başqa, sosial ipotekaya ehtiyacı olan kontingentin sayı 100 min nəfərdən çoxdur. Bizdə sosial ipotekanın həcmi 35 min manatdır. 20 milyonu da bu rəqəmə böləndə təxminən 600 nəfər edir.
Düzdür, özəl banklar da bu məsələyə qoşulublar və bunun nəticəsində onlar tərəfindən sosial ipoteka üçün ayrılan vəsaitin həcmi 80 milyon manatdır. Ancaq hesab edirəm ki, bu vəsait xüsusilə də növbəti ilin büdcəsində tələbatı qarşılamaq üçün yetərli deyil. Bu baxımdan çox yaxşı olardı ki, həm sosial ipotekanın məbləği artırılaydı, həm də verilmə şərtləri asanlaşdırılaydı”.