Elmar Məmmədyarov İKT-də çıxış etdi

elmar-memmedyarov-ikt-de-cixis-etdi-
Oxunma sayı: 643

Nazir Çıxışında ərəb ölkələrində baş verən inqilablara, Fələstindəki hazırkı vəziyyətə, Kəşmir mübahisəsinə, Kiprli türklərin hələ də davam edən ədalətsiz təcridinə də münabisət bildirib. O, bu vəziyyətdən narahatlığını və Azərbaycanın həm də İraq, Əfqanıstan, Sudan, Somali dövlətlərinin və digər İKT-yə üzv ölkələrin bu ölkələrdə sülh, təhlükəsizlik, və stabilliyin bərpasına dair etdiyi cəhdləri dəstəklədiyini vurğulayıb.
Müsəlmanlara ağır zərbə vuran İslamafobiya probleminə də toxunan Məmmədyarov qeyd edib ki, “İKT-nin bütün dinlərə qarşı böhtanın qarşısının alınmasında zəruri beynəlxalq çərçivənin yaradılması imkanlarını axtarmaq cəhdlərini ciddi dəstəkləyirik”.

Nazir çıxışında onu da qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü il müddəti üçün qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb və İKT üzv Dövlətlərin Azərbaycanın namizədliyinə verəcəyi daimi dəstəyə inanır.