Elnur Aslanovun daha bir saytı sıradan çıxır

elnur-aslanovun-daha-bir-sayti-siradan-cixir
Oxunma sayı: 3453


“Qafqazinfo” xəbər verir ki, söhbət “1news.az” və  “Gun.az” saytları ilə eyni ofisdə yerləşən ingilisdilli “News.az” saytından gedir. Əldə etdiyimiz məlumata görə, kollektivin işçiləri artıq 2 həftə əvvəl iş yerləri ilə vidalaşıblar. Hazırda redaksiyada iki tərcüməçi qalıb və bu gün sayta cəmi bir xəbər yerləşdirilib.  

Gün ərzində sayta rəhbərlik edən Rəhman Hacıyevlə əlaqə saxlamağa çalışsaq da onun telefonu şəbəkə xaricində olub. 

Xatırladaq ki, böyük maliyyə vəsaitləri ayrılsa da oxucu auditoriyası toplaya bilməyən Elnur Aslanova məxsus artıq bir neçə saytda kütləvi şəkildə ixtisarlar başlayıb. Bura gun.az, bakupost.az və 1news.az saytları daxildir. Ötən ayın əvvəlində isə "Yurd TV" fəaliyyətini tamamilə dayandırmışdı.