Elşad İskəndərov dini icmaları mükafatlandırdı

elsad-iskenderov-dini-icmalari-mukafatlandirdi
Oxunma sayı: 666



Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə,  təqdimetmə Dövlət Komitəsi tərəfindən Respublikanın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmaların nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin  iştirakı ilə keçirilən “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqəsinin təqdimatı zamanı baş tutub. 

Mərasimdə 11 dini icmaya şəhadətnamələr təqdim olunub.  Şəhadətnamə alan icmalar çıxış edərək son bir ildə Dövlət Komitəsinin fəaliyyətində dini icmalarla sıx əməkdaşlığı yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsi təqdirəlayiq haldır. 
Tədbir ənənəvi iftar süfrəsi arxasında davam edib.