Əməkdar artist dünyasını dəyişdi

emekdar-artist-dunyasini-deyisdi
Oxunma sayı: 1016

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

“Qafqazinfo” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, əməkdar artist Mərdan Feyzullayev avqustun 13-də 58 yaşında vəfat edib.

Qeyd edək ki, M.Feyzullayev 1959-cu il fevral ayının 3-də Şəki şəhərinin Kiş kəndində anadan olub. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

M.Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən "Dərviş" Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi.