Bakıda tarixi hamamın divarı uçurulub? - Açıqlama

bakida-tarixi-hamamin-divari-ucurulub
Oxunma sayı: 928

Bayırşəhərdə XIX əsrə aid tarixi hamamın divarının uçurulduğu bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fəridə Ziyadova adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.

Paylaşımda qeyd olunur ki, Zülfü Adıgözəlov 82 ünvanında yerləşən tarixi tikili uzun müddətdir baxımsız vəziyyətdədir və artıq divarının bir hissəsi uçurulub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, həmin hamam müxtəlif tikililərlə əhatələndiyinə görə indiyədək onun mövcudluğu barədə məlumat olmayıb:

“Bu səbəbdən də obyekt nə dövlət mühafizəsində olan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilmiş, nə də yeni aşkar olunmuş abidə kimi qeydə alınmışdır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olub. Həmçinin, ərazidə aparılan işlər iş icraçıları tərəfindən dayandırılıb.

Məsələ diqqətdə saxlanılır və tikilinin tarixi və memarlıq dəyərinin müəyyənləşdirilməsi üçün  mütəxəssislərin iştirakı ilə araşdırmaların aparılması nəzərdə tutulur”.

Lamiyə Məmmədova