Əməliyyat etdiyi xəstələrə bunu edib - Cərrahdan qeyri-adi hərəkət

emeliyyat-etdiyi-xestelere-bunu-edib
Oxunma sayı: 3897

İngilis cərrah Simon Bremhol əməliyyat etdiyi xəstələrinin qaraciyərinə adının baş hərflərini yazıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı cərrah Birminqem məhkəməsində hakim qarşısına çıxıb və əməlini etiraf edib.

O, 2013-cü ilin fevral və avqust aylarında iki xəstənin qaraciyərinə şüa ilə S və B hərflərini yazdığını bildirib.

Məhkəmədə Bremholun qoyduğu yanıq izlərinin zərərsiz oduğunu, lakin tibb etikasına uyğun olmadığı vurğulanıb.

Cərrah haqqında yekun qərar gələn ilin yanvarında veriləcək.