Ən çox bileti satılan Sibel Candır

en-cox-bileti-satilan-sibel-candir
Oxunma sayı: 1310

Türk müğənnisi Sibel Canın Bakı konsertinə sayılı günlər qalır. “Qafqazinfo” News24.Aza istinadən xəbər verir ki,  “Liatris Holding”in təşəbbüsü, “Liatris Production”ın təşkilatçılığı ilə ərsəyə gələcək konsert martın 8-i Beynəlxalq Qadınlar günü baş tutacaq.

Uzun müddətdən sonra konsertdən 1 gün əvvəl böyük oğlu Engincan Uralla birgə Bakıya təşrif edəcək Sibel Can iş xanımı Ruhi Əliyevanın qonağı olacaq. Eləcə də paytaxtın gəzməli, görməli yerlərinə səfər edəcək. 

“Liatris production”dan verilən məlumata görə konsertin biletlərinin satışı yüksək səviyyədə davam edir və biletlər tükənmək üzrədir. 

“Qafqazinfo” bildirir ki, Sibel Canın biletləri “ən çox satılanlar” sırasındadır.  Belə ki, Azərbaycanın məşhur onlayn bilet satışını həyata keçirən “iTicket.az”da bunu görmək mümkündür.  Portal ən çox konsertinə bilet satan məşhur kimi Sibelin adını qeyd edib.

Qeyd edək ki, Sibel Canın 8 martda Bakı Konqress Mərkəzində baş tutacaq konsertinin biletləri 20-300 AZN dəyərindədir.