Ən çox bu telekanallara xəbərdarlıq olunub

en-cox-bu-telekanallara-xeberdarliq-olunub
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, şura yarandığı gündən qanunvericiliklə ona verilən səlahiyyət daxilində öz fəaliyyətini qurub: “Azərbaycanda 9 ümumrespublika, 14 regional, 14 radio mövcuddur”.

Nuşirəvan Məhərrəmli 10 il ərzində bir neçə telekanallara xəbərdarlıq edildiyini bildirib: “Ən çox isə “Lider”, “ANS” və “ATV”-yə xəbərdarlıq olunub. Telekanallarda xarici seriallara qadağa qoyduq və hazırda verilişlərin 75 faizi Azərbaycan dilindədir ”.

Şura sədri uşaqların və yeniyetmələrin tərbiyəsi ilə bağlı proqramlara toxunaraq qeyd edib ki, bədii filmlər uyğunsuz saatda verilir və bu böyük problemdir.

Gülnar