Ərdoğan 20 Yanvardan yazdı - Foto

erdogan-20-yanvardan-yazdi-foto
Oxunma sayı: 3657

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ümumxalq hüzn günü olan 20 Yanvar faciəsindən yazıb.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan “Twitter”dəki səhifəsində #20 Yanvar həştəqi ilə bunları yazıb:

 “28 il öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olacağıq”.