Ərdoğan dolların dominantlığına son qoymağa çağırdı

erdogan-dollarin-dominantligina-son-qoymaga-cagirdi
Oxunma sayı: 2278

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ticarətdə dolların dominantlığına son qoymağa çağırıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident belə bir bəyanatla Bişkekdəki biznes-forumda çıxış edib. 

“Dolların beynəlxalq ticarətdəki hökmranlığına son qoymaq, hesbalamaları milli valyuta ilə aparmaq lazımdır”, - deyə Ərdoğan bildirib. 

Onun fikrincə, dollar vasitəsilə ticarət sistemi hazırda ən böyük problemə çevrilib. Valyuta kursları ilə manipulyasiya sağlam və güclü Türkiyə iqtisadiyyatına dair şübhələr yaratmağa hesablanıb:

“Məqsəd Türkiyə iqtisadiyyatına zərbə vurmaqdır. Ancaq hökumətin gördüyü tədbirlər və türk xalqının qətiyyətli mövqeyi sayəsində bu cəhd uğursuz oldu”.