Ərdoğan nəvələri ilə birlikdə səs verdi - Video

erdogan-neveleri-ile-birlikde-ses-verdi
Oxunma sayı: 2490

Prezident Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan və ailə üzvləri ilə birlikdə səs verib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Üsküdardakı Saffet Çebi məktəbində səsvermə hüququndan istifadə edib. Vətəndaşlar səsvermə zamanı Ərdoğana böyük maraq göstərib. Seçicilərin fəal olduğunu bildirən prezident "İndiyə kimi hər hansı problem yaşanmayıb" deyib:

"İndiyədək 50% seçicinin səs verdiyini öyrəndik. Dünyanın ən inkişaf etmiş ölkələrində belə seçkilərdə fəallıq 30% olur. Türkiyə bunun öhdəsindən gəldi".