Ərdoğan Putinlə görüşəcək - Əsas mövzu Dağlıq Qarabağdır

erdogan-putinle-gorusecek
Oxunma sayı: 2204

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ərdoğan Azərbaycana səfərindən sonra bildirib.

“Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfində olmağa davam edəcək. Növbəti həftə və ya digər həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Onun bu münaqişənin həllində mövqeyi çox önəmlidir. Əgər cənab Putin həqiqətən bu məsələyə diqqət yetirsə, onu həll etmək asan olacaq”, - deyə Türkiyə lideri vurğulayıb.