Ərəb turist polisə şikayət etdi

ereb-turist-polise-sikayet-etdi
Oxunma sayı: 645

Qəbələ rayonunda ərəb turst polisə şikayət edib. 

“Qafqazinfo”  xəbər verir ki, martın 25-də Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ rayon polis şöbəsi müraciət edib. 

Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.