Ərəblə yəhudinin toyu ölkədə qalmaqal yaratdı - - Foto

ereble-yehudinin-toyu-olkede-qalmaqal-yaratdi-
Oxunma sayı: 2564


Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Təl-Əvivin yaxınlığında yerləşən Rişon-le-Sionda keçirilən etiraz aksiyasında yüzlərlə adam iştirak edib.

Bəy Mahmud Mansur İsrail məhkəməsinə nümayişi dayandırmaq xahişi ilə müraciət edib, amma rədd cavabı alıb.

“Lexava” təşkilatının üzvləri müsəlman-ərəb və yəhudilər arasında nikaha etiraz məqsədi ilə aksiya keçirmək üçün icazə alan fəallara bu aksiyanı nikah mərasiminin keçirildiyi yerə 200 metr məsafə saxlayaraq keçirəcəkləri təqdirdə icazə verilib.

Aksiyanın dörd iştirakçısı bu şərti pozduqlarına görə həbs ediliblər.

İsrailin prezidenti Reuven Rivlin Mahmud Mansura və Morel Malkeyə xoşbəxtlik arzu edib və aksiya iştirakçılarını qınayıb.

Bununla yanaşı, yeni evlənənlərə dəstək aksiyası da keçirilib.

Yüzlərlə polis iki nümayiş iştirakçıları arasında qarşıdurmanın yaranmasına yol verməmək üçün çalışırdılar.

Mahmud Mansur və onun toy mərasimindən öncə İslamı qəbul edən nişanlısı Morel Malke toya 500 qonaq dəvət ediblər.

“The Times of Israel” qəzeti Rivlinin aksiya iştirakçılarını İsrail demokratiyasının əsasını didən gəmiricilərə bənzətməsini sitat gətiriblər.