“Ərimdən qisas almaq üçün...”

erimden-qisas-almaq-ucun
Oxunma sayı: 5332

Müğənni Nazənin uzun müddətdir ki, qalmaqal yaşadığı Təranə Qumral barədə açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, ifaçı ATV-də yayımlanan “Ulduzlu yayım” proqramına qonaq olarkən həmkarının həyat yoldaşı ilə problem yaşadığını bildirib:

“Hamı tanıyır ki, kim kimdir. Artıq söz danışmaq istəmərəm. Susuram, çünki insanlar məni də, qarşı tərəfi də gözəl tanıyır. İndiki zamanda heç nəyi gizlətmək olmur. Mən özümü tamaşaçılarımın gözündən salmaq istəmirəm.

Danışsam, gərək onu təfsilatı ilə danışım. O zaman aləm bir-birinə dəyəcək. Onun mənimlə nə işi ola bilər? Ərimdən qisas almaq üçün mənə efirlərdə söz atdı. Mən özümü saxlayıram ki, danışmayım. Çünki başımın üstündə sahibim, yiyəm var. Onu bağışlamışam”.