Bu qatarlar Ucar və Ləkidə də dayanacaq

bu-qatarlar-ucar-ve-lekide-de-dayanacaq
Oxunma sayı: 906

Bakı-Balakən-Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır.

Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.

Qeyd olunub ki, yeni dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də yenilənib.